"Kurtlar vadisi"nin aktyoru Çinarə Məlikzadə ilə evlənmək istəyib...

4-11-2025, 10:24           
"Kurtlar vadisi"nin aktyoru Çinarə Məlikzadə ilə evlənmək istəyib...
Türkiyənin məşhur aktyoru Oktay Kaynarca müğənni Çinarə Məlikzadə ilə ailə qurmaq istəyib.

TEREF xəbər verir ki, bu barədə Çinarə "Pərvizə görə"də danışıb.

Sənətçi deyib ki, Kaynarca özü birbaşa evlilik təklif etməsə də, ona bununla bağlı söz göndərib:

"İkimizin də mətbuat katibi var idi - Aygün xanım. Oktay Kaynarca ilə çox yaxındır, hətta toyunda sağdışı olub. Mənə həmişə eşitdirirdi. Mənim də Oktayın birbaşa deməməyi, kənarda qalmağı xoşuma gəlmişdi. Məsələn, digərləri birbaşa özümə demişdi. Amma bu dəfə Aygün xanım eşitdirirdi, deyirdi ki, o, heç kimi paylaşmır, gənc xanımla ailə qurmaq istəyir, övlad istəyir. Hər dəfə deyirdim ki, ona o gözlə baxmıram, qardaşım, atam yerindədir. Aktyor kimi bəyənirəm, amma o gözlə baxmıram. Bir dəfə hoteldə tədbir idi, gördüm ki, Oktay Kaynarca da ordadır. Baxıram, deyirəm, odur yoxsa gözümə görünür. İfa edirəm, bilmirəm yaxınlaşım, ya yox, ayıb olar, yoxsa yox. Sonra dedim, yaxşı çıxmaz kişilərin yanına getmək... Tədbirdən çıxmışam, yazıb ki, niyə mənimlə salamlaşmadın? Sonra getdim, dedim, üzrlü sayın, əlimlə uzaqdan salam verdim. Yanıma gəldi, görüşdük".(milli.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]