İraqın dini lideri şeyx Yusif əl-Nəsrin: Türkiyə "soyqırımı" tanıyıb, ermənilərdən üzr istəməlidir

18-04-2019, 17:21           
İraqın dini lideri şeyx Yusif əl-Nəsrin: Türkiyə "soyqırımı" tanıyıb, ermənilərdən üzr istəməlidir
İraqın Milli Dini Şurasının sədri şeyx Yusif əl-Nəsrin Türkiyəyə müraciət edərək "erməni soyqırımı"nın tanımalarını istəyib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən bildirir ki, İraqın Milli Dini Şurasının sədri Türkiyənin ermənilərdə üzr istəməli olduğunu açıqlayıb.
Şeyx Yusif əl-Nəsrin bu sözləri Ermənistanın İraqdakı səfiri Hraçya Polandyan ilə görüşdə səsləndirib. İraqın Milli Dini Şurasının sədri Osman imperiyasını "törətdiyi" bu "qeyri-insani cinayəti"ə görə qınayıb və Türkiyə hakimiyyətini öz əcdadları adından üzr istəməyə çağırıb.
Görüşdə həmçinin İraqın dini lideri bu ölkədə yaşayan ermənilərlə və Erməni Apostol Kilsəsilə daha sıx əməkdaşlıq edəcəklərini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru