Mütəxəssislər ağıl sağlamlığı ilə ruhi xəstəlik arasındakı fərqi həqiqətən etibarlı şəkildə ayırd edə bilirmi?

9-02-2026, 09:14           
Mütəxəssislər ağıl sağlamlığı ilə ruhi xəstəlik arasındakı fərqi həqiqətən etibarlı şəkildə ayırd edə bilirmi?
1973-cü ildə tamamilə sağlam olan səkkiz nəfər ABŞ-dakı psixiatriya xəstəxanalarına öz ayaqları ilə müraciət etdi. Heç biri xəstə deyildi.
İçəridəkilərdən heç kim bunu fərq etmədi.
Bu təsadüf deyildi.
Bu, psixoloq David Rosenhan tərəfindən hazırlanmış və narahatedici bir suala cavab axtaran bir təcrübə idi:
Mütəxəssislər ağıl sağlamlığı ilə ruhi xəstəlik arasındakı fərqi həqiqətən etibarlı şəkildə ayırd edə bilirmi?
Bunu yoxlamaq üçün Rosenhan səkkiz adi insan topladı:-
Bir rəssam.
Bir evdar qadın.
Bir pediatr.
Bir magistr tələbəsi.
Onlar yalnız bir mövzuda yalan danışdılar.
Səslər eşitdiklərini dedilər.
Cəmi üç söz: “Boş.” “Əks-səda.” “Güm.”
Bu kifayət etdi.
Onlar xəstəxanaya yerləşdirildi.
Xəstəxanaya daxil olan kimi rol oynamağı dayandırdılar. Normal davrandılar. Əməkdaşlıq etdilər. Evə buraxılmağı istədilər.
Heç biri kömək etmədi.
Hər normal davranış simptom kimi yenidən yozuldu.
Qeyd aparmaq → obsesiv davranış.
Səssiz gözləmək → patoloji diqqət cəlb etmə cəhdi.
Nəzakət → xəstəliyə uyğun, nəzarət olunan davranış kimi qeydə alındı.
Yeddisinə şizofreniya, birinə manik-depressiv pozuntu diaqnozu qoyuldu.
Tək bir personal belə onların sağlam olduğunu anlamadı. Amma xəstələr anladı.
Həqiqi xəstələr yaxınlaşıb pıçıldayırdı:
“Sən digərləri kimi deyilsən. Bura aid deyilsən.”
Xəstə sayılanlar, təhsilli mütəxəssislərin görə bilmədiyini gördü.
Orta stasionar qalma müddəti 19 gün idi.
Bir nəfər 52 gün xəstəxanada qaldı.
Hər gün eyni həqiqəti möhkəmləndirirdi:
Bir dəfə etiketlənəndən sonra, reallıq artıq əhəmiyyətini itirirdi.
Rosenhan “On Being Sane in Insane Places” (Dəlilər arasında ağıllı olmaq) adlı araşdırmasını yayımlayanda psixiatriya dünyası ayağa qalxdı.
Bir xəstəxana ona açıq çağırış etdi:
“Yeni saxta xəstələr göndər, biz onları tutarıq.”
Rosenhan razılaşdı.
Aylar boyunca həmin xəstəxana 41 saxta xəstə aşkar etdiyini bildirdi.
Rosenhan isə heç kimi göndərməmişdi. Bir nəfəri belə.
Nəticə aydın idi.
Diaqnozlar hər zaman reallığa əsaslanmırdı.
Kontekst və gözləntilər tərəfindən formalaşırdı.
Bu təcrübə klinik etiketlərə kor-koranə inamı sarsıtdı və ruhi xəstəliklərin diaqnostika və müalicəsində mühüm dəyişikliklərə səbəb oldu.
Amma daha dərin dərs bu gün də narahatedicidir.
Qavrayış bəzən dəliliyin özündən daha çox reallığı təhrif edə bilər.
Və bəzən ən təhlükəli yanılma —
yanılmayacağına inananlara məxsus olur.
(Tərcümə, Ahmet Aydoğandan edilmişdir).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]