Vaqif Səmədoğlunun xanımı: "Mən istəmədim ki, övladımız olsun"

28-01-2026, 17:28           
Vaqif Səmədoğlunun xanımı:
"Mən istəmədim ki, övladımız olsun. Hər ikimizin övladları vardı və bu mənim şəxsi fikrimdir".

Bu fikirləri "Teleqraf"a müsahibəsində mərhum Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova deyib.

O bildirib ki, onun ilk nikahından bir qızı var, Vaqif Səmədoğlu ilə nikahından isə övladı yoxdur:

"O mənim qızımı, həqiqətən də, bir övlad kimi çox sevirdi. Bu münasibətləri qarşılıqlı idi. Mən istəmədim ki, övladımız olsun. Hər ikimizin övladları vardı və bu mənim şəxsi fikrimdir. Düşünürəm ki, uşaqlar həmişə ailəni birləşdirmirlər, əksinə, bəzi məqamlarda, xüsusilə yaradıcı insanlarda, vəziyyəti çətinləşdirə bilirlər. Vaqifin kitablarını mən hazırlayırdım, amma ana olsaydım, həmin işləri görə bilməyəcəkdim. Mənim bir xasiyyətim var - bir tərəfə getməliyəm, iki istiqamətə bölünə bilmirəm".

Xatırladaq ki, bu gün mərhum Xalq şairi Vaqif Səmədoğlunun anım günüdür. 1939-cu ildə Bakıda Səməd Vurğunun ailəsində doğulan V.Səmədoğlu 2015-ci ildə dünyasını dəyişib.

2019-cu ildə Vaqif Səmədoğlu Mərkəzinin sədri, şairin həyat yoldaşı, yazıçı və şərqşünas Nüşabə Babayeva-Vəkilovanın təşəbbüsü ilə Vaqif Səmədoğlu Mərkəzi və Vaqif Səmədoğlu medalı təsis olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]