Rektorun repressiya taktikası qarşı tərəfi hərəkətə gətirdi

9-10-2015, 12:35           
Rektorun repressiya taktikası qarşı tərəfi hərəkətə gətirdi
Şəmsəddin Hacıyevin yenidən deputat olmaq imkanı var. Bu da Azərbaycan Dövlət İqtisad Universitetində tərəfdarlarını hərəkətə gətirib.

TİA.AZ-ın xəbərinə görə, 29 saylı Səbayel Seçki Dairəsindən YAP-ın vahid namizədi olan sabiq rektora qarşı sələfi fəallaşıb.

“Reytinq” qəzeti yazıb ki, Şəmsəddin Hacıyevin qardaşının qudası Müzəffər Məmmədov, Həsən İsrafilov, keçmiş köməkçisi Zəfər Bayramov, elm və innovasiyalar üzrə prorektor vəzifəsindən çıxarılan Əvəz Bayramov və digərlərinin seçkidən sonra etiraz dalğasına start verəcəkləri gözlənilir.
İndiki rektor Ədalət Muradovun adıçəkilənləri vəzifələrindən azad etməsi və bu günədək heç bir şərait yaratmaması narazılıq doğurub.
Ədalət Muradovun Əvəz Bayramovu «vurmaq»la Şəmsəddin Hacıyevə son xəbərdarlığını elədiyini iddia edən mənbə deyir ki, keçmiş rektora Həsən, Müzəffər, Zəfər və ya digər tərəfdarlarının "vurulması”ndan daha çox təsir edən faktorlar var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru