Sevda Yahyayeva ilə əri yenidən gündəmə gəliblər

2-01-2022, 12:51           
Sevda Yahyayeva ilə əri  yenidən gündəmə gəliblər
Ötən il təmtəraqlı toyları ilə səs-küy yaradan müğənni Sevda Yahyayeva ilə əri Zakir Bayramov yenidən gündəmə gəliblər.

Sherg.az baku.ws-ə istinadla xəbər verir ki, Yeni il gecəsi Xalq artisti Röya Ayxanın evində qonaq olan cütlük bir neçə foto çəkdirərək sosial şəbəkə hesablarında yayımlayıb.

Zakir paylaşdığı fotolardan birində Sevdaya olan sevgisini etiraf edib. O, sənətçi həyat yoldaşı ilə lentə alınan şəkilinə "Sevirəm də, nə edə bilərəm ki?" sözlərini yazıb. Zakirin paylaşımı instaqram izləyiciəri tərəfindən rəğbətlə qarşılanıb.

Qeyd edək ki, cütlüyün pandemiya səbəbilə təxirə salınan toyu ötən ilin oktyabrın 25-də baş tutub. Yahyayevanın bahalı gəlinliyi və təmtəraqlı məclisi uzun müddət ölkə gündəmində müzakirələrə səbəb olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru