EDHO bitdi, qalmaqal bitmədi: Telekanal məhkəməyə müraciət edəcək

11-01-2022, 09:14           
EDHO bitdi, qalmaqal bitmədi: Telekanal məhkəməyə müraciət edəcək
Oktay Kaynarcanın baş rolu oynadığı “Eşkıya Dünyaya Hükümdar Olmaz” (EDHO) serialının 200-cü bölümünün 26 oktyabr saat 20.00-da ekranlara çıxacağı anons edilsə də, yayım baş tutmamış və serialın başa çatdığı bildirilmişdi.

O zaman yayılan məlumatlara görə, hadisəyə səbəb Türkiyənin ATV telekanalı ilə istehsalçı şirkət arasındakı maliyyə anlaşılmazlığı olmuşdu.

Bu yaxınlarda serialın Oktay Karnarca olmadan başqa bir rəqəmsal platformda yayımlanacağı barədə çıxan xəbərlərdən sonra ATV EDHO-nun istehsalçısı olan “BVB Film Yapım Prodüksiyon A.Ş.” və Bahadır Özdeneri məhkəməyə verməyə hazırlaşır. Telekanalın 165 milyon lirə məbləğində təzminat iddiası irəli sürdüyü bildirilir.

ATV-dən verilən açıqlamaya görə, EDHO serialının bütün hüquqları məhz bu telekanala məxsusdur və onun, yaxud da bənzərinin digər bir kanal tərəfindən hansı adla olursa-olsun yayımlanması qeyri-mümkün və qanuna ziddir.

Mənbə: “Haber Global”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru