"Başına qoyduğu qızıl tacı öz cibindən düzəltdirmişdi"

11-01-2022, 11:38           
"Başına qoyduğu qızıl tacı öz cibindən düzəltdirmişdi"
Jurnalist, teleaparıcı Kamran Həsənli "Toylar kralı" verilişində baş verən bir sıra məqamlara toxunub.

Teref.Az sherq.az-a istinadən xəbər verir ki, K.Həsənli müğənni Manaf Ağayevin qalibiyyətindən söz açıb:

"1 milyon 600 min səslə Manaf qalib gəldi.

Başına qoyduğu qızıl tacı öz cibindən düzəltdirmişdi. Üstünə brilyant qaşı da özü qoymuşdu. "ANS" ona "Swarovski" qaşlı mikrofon hədiyyə etmişdi. Manafın tac qoyma mərasimində ona oxumayacağını bildirdim.

O da, "niyə?" deyə sual verdi.

Söylədim ki, Qismət oxuyacaq, oxuyan odur. Manaf da bunu təsdiqlədi. Tacqoyma mərasimində hamı əyləşmişdi. Qismət tarixi şur təsnifini oxudu. Hamı, ən çox Manaf alqışlayırdı. "Toylar kralı"nda kral başqası olmasına baxmayaraq, özünün razılığı ilə Qismət oxudu. Bu adam 1 milyon 600 min dollar pul gətirib. Kişi kimi dedi ki, düz deyirsən, oxuyan odur".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru