Məşhur müğənnidən gözlənilməz hərəkət - FOTO

19-01-2022, 09:56           
Məşhur müğənnidən gözlənilməz hərəkət - FOTO
Bir ildir sevgili olan türkiyəli aktrisa Demet Özdemir və müğənni Oğuzhan Koç bir müddət əvvəl münasibətlərinə son qoyub. Dəfələrlə ayrılıq xəbərləri ilə gündəmə gələn cütlük yaxınlarına “Bu dəfə dəqiq bitdi, geriyə dönüş yoxdur” deyiblər.

Oğuzhan Qoç ötən gecə İstanbulun Sarıyer bölgəsində bir məkanda olub. Qapıda jurnalistlərin olduğunu öyrənən müğənni filmlərdə olduğu kimi qaçış planı qurub.

O, Demet Özdemirlə münasibəti ilə bağlı sualları cavablandırmamaq üçün avtomobilini həmin məkanın dayanacağına tam yaxınlaşdırıb və foto çəkilməsin deyə dayanacaq girişinin işıqlarının söndürülməsini istəyib.

Bu zaman avtomobilin arxa hissəsi binaya çırpılıb. Oğuzhan Koç və dostu Çağrı Telkıvıran sürətlə maşınlarına minərək uzaqlaşıblar.

Oğuzhan Koçun evlənməkdən imtina etməsi Demet Özdemirlə münasibətlərin bitməsinə səbəb kimi göstərilir.

Cütlük sosial şəbəkələrdəki birgə fotolarını silməklə ayrılıq iddialarını təsdiqləyiblər.

Aktrisa sosial şəbəkədə Oğuzhan Koçu izləmədən çıxarıb. Maraqlıdır ki, məşhur müğənni hələ də “Instagram”da keçmiş sevgisini izləməyə davam edir.




Mənbə: A Haber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru