“Adəm və Həvvanın yaşadığı dövrdə din olmayıb” - Xalq artisti

19-01-2022, 17:20           
“Adəm və Həvvanın yaşadığı dövrdə din olmayıb” -
Xalq artisti Brilliant Dadaşova mahnısı ilə Türkiyə gündəmini zəbt edən Sezen Aksu haqda şərh verib.

Teref.az olay-a istinadən xəbər verir ki, o, Aksunun 2017-ci ildə musiqiçi Yaşar Gaga ilə çıxardığı "Şahane bir şey yaşamak" mahnısındakı "salam söyləyin o cahil Həvva ilə Adəmə" sözlərinə etiraz edənlərə qarşı çıxıb.

Dadaşova instaqramda rəy yazaraq qınaqların mənasız olduğu ifadə edilib:

"Bütün dinlərdə Adəm və Həvva haqqında yazılar var. Üstəgəl, Adəm və Həvvanın yaşadığı dövrdə yer üzündə heç bir din olmayıb. Bəlkə buna görə onları cahil adlandırıb? Bəlkə də cənnətdən qovulduğuna görə? Bəlkə Həvva nəfsinə hakim ola bilməyib, Allahın əmrindən çıxıb almanı dərib yediyinə görə? Sən demə, 21-ci əsrdə belə şeyləri dərk etməyənlər var".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru