“Onların əlləri, beyinləri qurusun...“ - Aybəniz Haşımova

20-01-2022, 19:41           
“Onların əlləri, beyinləri qurusun...“ -
Əməkdar artist Aybəniz Haşımova 20 Yanvar faciəsindən yazıb.

Sfera.az-ın məlumatına görə, müğənni sosial şəbəkədəki səhifəsində bu sözləri qeyd edib:

"O, gecə getsin, bir də gəlməsin... İndiyə kimi o səslər nə gözlərimin önündən, nə də qulaqlarımdan gedir. İlahi, necə çığırırdı insanlar. Onlar isə qarşısına keçəni biçirdilər.

Eyvanda anamı tək qoymamaq üçün yanında dayanmışdım. O isə Rauf Səlimbəyli oğlunu haray çəkib çığırıb, ağlayırdı, elə bilirdi ki, oğlu da tankın üstündəki cəlladların gülləsinə tuş gəlib. Birdən gördülər ki, eyvanda insanlar onları kameraya çəkir və elə o zaman eyvanlara da atmağa başladılar, vəhşilər. Nə qədər eyvanlarda dayanan insanlarda onların əzrayıl güllələrinə qurban getdilər. Səhəri anamla düşdük küçəyə və Şamaxinkadan üzü aşağı bütün yol qana bürünmüşdü... Şəhər sanki ölmüşdü... Hər 20 Yanvar tarixini xatırlayanda o, günün acısı bütün ürəyimi didir, yandırır... O, yanğı hələdə qəlbimdə Şəhidlər xiyabanında yanan məşəl kimi ürəyimdə yanır... Mənimlə haqq dünyama gedəcək. Millətimə əl qaldıran, o əmri verən, əmrə dəstək olan canilərin əlləri, beyinləri qurusun".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru