“Komandamız Peterburq liqasında “Şuşa” adı ilə çıxış edəcək” – Müşviq Abbasovdan yeni açıqlama

23-01-2022, 16:23           
“Komandamız Peterburq liqasında “Şuşa” adı ilə çıxış edəcək” –
Soçidə Şən və Hazırcavablar Klubunun yarışmasına qatılan Azərbaycan komandası “Şuşa” adını qaytarıb.

Azpost.info bildirir ki, bu barədə komandanın rəhbəri, prodüser Müşviq Abbasov haqqın.az-a bildirib.

“Biz yalnız əvvəlki ad altında çıxış edəcəyimizlə bağlı şərt qoymuşduq. Komanda “Şuşa” adını qorudu. ŞHK-nın Peterburqdakı liqasında “Şuşa” adı ilə çıxış edəcəyik”-deyə M.Abbasov vurğulayıb.

Xatırladaq ki, komanda Soçidə keçirilən “Kivin” festivalında çıxış edib və ikinci tura keçib. Amma bu zaman komanda adını qəfil dəyişərək “Buta” adını götürüb. M.Abbasov deyib ki, oyunun rəhbəri Aleksnadr Maslyakovun tələbindən sonra bu addımı atmağa məcbur olublar. İkinci turda çıxış etdikdən sonra Maslyakovla danışıqlar aparılıb və komanda əvvəlki adını geri qaytara bilib.

Bu isə sosial şəbəkələrdə ciddi etiraz doğurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru