Məşhur amerikalı aktyor intihar edib - FOTO

27-01-2022, 10:28           
Məşhur amerikalı aktyor intihar edib - FOTO
Məşhur amerikalı aktyor, 65 yaşlı Piter Robbins intihar edib.

Aktyor əsasən “Peanuts” komiksləri əsasında çəkilmiş klassik ABŞ cizgi filmlərinin qəhrəmanı “Çarli Braun”u səsləndirməsi ilə məşhurlaşmışdı.

Bu barədə “Haber Global” xəbər verib.

Məlumata görə, o, hələ 9 yaşında olarkən “Çarli Braun”u səsləndirməklə şou dünyasına addımını atmışdı.

1965-ci ildə “A Charlie Brown Christmas” və 1966-cı ildə “It's the Great Pumpkin”, “Charlie Brown” da çox sevilən xarakteri səsləndirib.

Bundan başqa müxtəlif telefiziya seriallarında çəkilib, radioda “talk show” proqramı aparıb, bir neçə filmlərdə rol alıb.

Ancaq aktyor ömür boyu bipolyar pozuntudan əziyyət çəkib. Bundan başqa o, narkotik aludəçisi olub, bu səbəbdən bir neçə dəfə həbsə düşüb.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru