Rusiyada Njde haqqında filmin nümayişi dayandırılıb

29-01-2022, 00:07           
Rusiyada Njde haqqında filmin nümayişi dayandırılıb
Rusiyada erməni faşist Qaregin Njde haqqında çəkilən filmin nümayişi dayandırılıb. “Report” xəbər verir ki, bu barədə “Regnum” agentliyi məlumat yayıb.

Bildirilib ki, filmin nümayiş edildiyi məkana polis gəlib və seans dayandırılıb.

Polis nümayəndələri 354.1 (nasizmin reabilitasiyası) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını oxuyub və filmə tamaşa etməyə gələnləri dağıdıblar.

Xatırladaq ki, Rusiya veteranları Rusiya Erməniləri İttifaqının faşist Qaregin Njde haqqında film nümayiş etdirməklə Ermənistan ordusunun gününü qeyd etmək təşəbbüsünə qarşı çıxıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru