Həbsi tələb olunan müğənni ilə bağlı qərar verildi

30-01-2022, 13:16           
Həbsi tələb olunan müğənni ilə bağlı qərar verildi
Türkiyəli müğənni Berkay Şahin instaqramda Burak adlı izləyicini təhqir etdiyi üçün qatılmalı olduğu məhkəmə prosesinə getmək istəməyib.

Teref.az Axşam.az-a istinadən xəbər verir ki, bu səbəbdən ifaçı polis əməkdaşları tərəfindən tutularaq hakim qarşısına çıxarılıb.

Berkay məhkəmə zalında özünü müdafiə edərkən yenidən təhqir məzmunlu ifadələr işlədib. Bundan başqa, ifaçı gördüyü əmələ görə, peşman olmadığını bildirib. Bu səbəbdən o, 26 min 400 lirə məbləğində təzminat ödəməyə məhkum edilib.

Qeyd edək ki, Berkay sosial media hesabında ailəsinin də yer aldığı paylaşımında ona mənfi şərh yazdığı üçün Burak adlı şəxsi təhqir edib. İzləyici müğənninin nalayiq ifadələrinə görə məhkəməyə müraciət edib və onun 4 il 4 aya kimi həbsini tələb edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru