Çak Norris və Brüs Li ilə birlikdə rol almış amerikalı aktyor vəfat edib

1-02-2022, 09:04           
Çak Norris və Brüs Li ilə birlikdə rol almış amerikalı aktyor vəfat edib
Məşhur Çak Norris və Brüs Li ilə birlikdə məşq edən və baş rollarda oynayan amerikalı aktyor və döyüş ustası Robert Uoll 83 yaşında vəfat edib.

"Report"un TMZ-yə istinadən verdiyi məlumata görə, Robert Uoll Brüs Linin baş qəhrəman kimi rol aldığı 1972-ci ildə "Əjdahanın yolu" və 1973-cü ildə "Əjdahanın çıxışı" filmlərində çəkilib. "Əjdahanın çıxışı" Hollivudun şərq döyüş üslublu ilk döyüş sənəti filmi idi və premyeradan altı gün əvvəl vəfat edən Linin baş rolda oynadığı sonuncu film olub.

Robert Uoll 22 avqust 1939-cu ildə ABŞ-ın Kaliforniya ştatında anadan olub. O, Çak Norrisin rəhbərliyi altında tanqsudo və çunkukdo üzrə 9-cu dərəcəli qara kəmərə malikdir. 1970-ci ildə ABŞ Peşəkar Karate Çempionatının qalibi olub.

Uoll, həmçinin 1988-1992-ci illər arasında Stiven Siqal ilə bir sıra problemlərə səbəb olan açıq rəqabəti ilə tanınır. Bu, Siqalın Brüs Li, Çak Norris və digər Amerika döyüş sənətçiləri haqqında aşağılayıcı şərhlər söyləməsindən sonra başlayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru