Məşhur aktyor yaratdığı travmaya görə “Marvel” filmlərinə baxa bilmədiyini açıqlayıb - FOTO

4-02-2022, 10:20           
Məşhur aktyor yaratdığı travmaya görə “Marvel” filmlərinə baxa bilmədiyini açıqlayıb - FOTO
Hollivud ulduzu Çenninq Tatum “Marvel” filmlərinə baxmağı dayandırdığını açıqlayıb.

41 yaşlı aktyor studiyanın filmlərinə baxmamasını onu sarsıdan hekayə ilə izah edib. Belə ki,o, 4 il superqəhrəman Qambit haqqında öz layihəsi üzərində işləyib. Bu layihədə aktyor baş rolu oynamalı idi. Filmin “Deadpool”a bənzəyəcəyi və onun komediya tonunu təkrarlayacağı güman edilirdi.

Lakin lent üzərində iş 2019-cu ildə dayandırıldı. “Disney” və “Fox” birləşdiklərini elan etdilər və “Disney”, “Gambit” personajının da daxil olduğu “X-Men” kainatını almağa qərar verdi.

“Mən “Marvel” filmlərinin heç birinə baxa bilmədim. Mən bu qəhrəmanı sevirdim. Bu, çox kədərli idi. Bu, bir dostu itirmək kimi idi, çünki onu oynamağı çox istəyirdim”, - deyə Tatum xatırlayır.



O, etiraf edib ki, hələ də nə vaxtsa bu rolu oynamaq ümidindədir.

Qeyd edək ki, keçən il Tatumun “Super Mayk”ın (“Magic Mike”) davamında striptizçi kimi qayıdacağı məlum olmuşdu. Franşizanın üçüncü hissəsi “Super Mayk: Sonuncu rəqs” (“Magic Mikes: Last Dance”) adlanacaq və striminq xidmətində yayımlanacaq. Üçüncü hissənin buraxılış tarixi hələ açıqlanmayıb.



Mənbə: Variety












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru