Alişan və Buse Varol qızlarının doğum gününü ayrılıqda qeyd etdilər: Ayrılıq xəbərləri yayıldı - FOTO

8-02-2022, 09:52           
Alişan və Buse Varol qızlarının doğum gününü ayrılıqda qeyd etdilər: Ayrılıq xəbərləri yayıldı - FOTO
Türkiyəli müğənni Alişan və həyat yoldaşı Buse Varol qızları Elizin ad gününü ayrılıqda qeyd ediblər.

Belə ki, Buse Varol qızının bir yaşı münasibəti ilə lüks hoteldə ziyafət təşkil edib, Alişan isə Elizin doğum gününü ailəsi ilə birlikdə keçirib.

Hadisə sosial şəbəkələrdə cütlüyün ayrılması xəbərini gündəmə gətirib.

Mövzu ilə bağlı açıqlama verən Alişan deyib ki, Varolun təşkil etdiyi ziyafətə kişilər qatılmayıb, buna görə də ora getməyib. Varol isə öz növbəsində bildirib ki, onu evdə təşkil etdikləri ad gününə dəvət etməyiblər.


Mənbə: Sondakika.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru