"Oskar" mükafatlarına namizədlər açıqlandı

9-02-2022, 08:08           
"Oskar" mükafatlarına namizədlər açıqlandı
ABŞ-da 2022-ci il "Oskar" kino mükafatlarına namizədlərin adları açıqlanıb.

Teleqraf.com-un məlumatına görə, "İlin ən yaxşı filmir" kateqoriyası üzrə "Belfast", "CODA", "Yuxarı baxmayın", "Avtomobilimi sür", "Düna", "Kral Riçard", "Biyan pitsası", "Qorxu xiyabanı", "İtin gücü", "Uestsayd hekayəsi" filmləri namizəd kimi irəli sürülüb.

"Ən yaxşı rejissor" adı uğrunda Kennet Brana ("Belfast"), Ryüsuke Hamaquçi ("Avtomobilimi sür"), Pol Tomas Anderson ("Biyan pitsası"), Ceyn Kampion ("İtin gücü") və Stiven Spilberq ("Uestsayd hekayəsi") mübarizə aparacaq.

"Ən yaxşı aktyor" kateqoriyasında Xavyer Bardem, Endrü Qarfild, Uill Smit, Benedikt Kamberbetç, Denzel Vaşinqton, "Ən yaxşı aktrisa" kateqoriyasında isə Cessika Çesteyn, Oliviya Kolman, Penelopa Kruz, Nikol Kidman, Kirsten Styuartın adları irəli sürülüb.

Qeyd edək ki, 94-cü "Oskar" mükafatlarının təqdimetmə mərasimi martın 27-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru