Konki sürən it öz istedadı ilə insanları valeh etdi - VİDEO

9-02-2022, 10:17           
Konki sürən it öz istedadı ilə insanları valeh etdi - VİDEO
Nyu-Yorkda konki sürən it öz istedadı ilə insanları heyran edib.

Las-Veqaslı Şerl Delsangro 8 yaşlı labrador Bennini sığınacaqdan götürdüyünü deyir. Qadının sözlərinə görə, ev heyvanını uyutmaq istəyiblər, ona görə də o, bir gündə bütün lazımi sənədləri düzəldib və iti evinə aparıb.


Keçmiş peşəkar fiqurlu konkisürən qadın, Benniyə xüsusi olaraq it üçün hazırlanmış konkidə konki sürməyi öyrətməklə əylənmək qərarına gəlir. Şerilin sözlərinə görə, labrador buzda dərhal özünü inamlı hiss edib.

“Bu, həqiqətən onun xoşuna gəlir”, - deyə Delsangro bildirib.

Bundan əlavə, Benni Nyu-Yorkun Mərkəzi Parkına toplaşan hər kəs üçün tamaşa nümayiş edib, bununla da xeyriyyə üçün pul toplaya bilib.

Sahibinin dediyinə görə, bütün vəsaitlər görmə qabiliyyətini itirmiş heyvanlara kömək edən “Anima Vision” fonduna yönəldiləcək.


Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru