Cennifer Enistonun gözəllik sirləri məlum oldu

13-02-2022, 00:07           
Cennifer Enistonun gözəllik sirləri məlum oldu
53 yaşlı ulduz Cennifer Enistonun gözəllik sirləri ortaya çıxıb.

Sfera.az xəbər verir ki, həftənin bazar günü aktrisanın spa günüdür. O, həmin gün pilinq, müxtəlif maska və aloe vera nəmləndirici kremindən istifadə edir. O, gözəlliyin yalnız bir resepti olduğuna inanır: rahat yuxu və su. Cennifer dərisinin parlaqlığını isə C vitamininə borcluğunu açıqlayıb. Bu səbəbdən o, hər səhər portağal şirəsi içərək günə başlayır.

Bundan başqa, aktrisaya yaxın olan mənbələrin məlumatına görə, Cennifer estetik əməliyyat etdirməyin tərəfdarı deyil. Buna görə də o, yatmazdan əvvəl 30 dəqiqəsini üzünə qulluğa ayırır. Son olaraq gözlərinin altına vazelin çəkdikdən sonra yuxuya gedir. Səhər isə üzünü soyuq su ilə yuyur və buz parçaları ilə masaj edir.

Bütün bunlarla yanaşı ulduz gözəlliyini genlərinə borclu olduğunu da vurğulayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru