Türkiyəli model evində ölü tapıldı - FOTO

17-02-2022, 09:15           
Türkiyəli model evində ölü tapıldı - FOTO
Bir zamanlar Türkiyə podyumlarının məşhur siması olan Firdevs Alkan müəmmalı şəkildə ölüb.

Bu barədə jurnalist Burhan Akdağ məlumat yayıb.

Alkan səhər saatlarında Bodrumdakı evində ölü tapılıb.

İddiaya görə, dostları ilə şəhərdə görüşdükdən sonra gecə saatlarında evə gələn keçmiş model divana uzanıb. Onun hərəkətsiz halda olduğunu və danışmadığını görən yoldaşı tibb işçilərinə və polisə xəbər verib. Hadisə yerinə gələn səhiyyə işçiləri onun həyatını itirdiyini bildiriblər.

Alkanın meyiti müayinə edilmək üçün tibbi ekspertizaya göndərilib.

yenicag












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru