Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifədən azad olundu

1-10-2015, 16:58           


Prezident İlham Əliyev 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Qurban Abbasovun iş yerinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.
“Report” xəbər verir ki, sərəncamla Qurban Rəşid oğlu Abbasov 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Qazax Rayon Məhkəməsinin hakimi təyin olunub.
Qeyd edək ki, Q.Abbasov 1952-ci ildə anadan olub.
Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
26 Bakı komissarı (indi Səbail) Rayon Xalq Məhkəməsində məhkəmə icraçısı, Əzizbəyov (indiki Xəzər) Rayon Məhkəməsi, məhkəmə icraçısı, baş məhkəmə icraçısı, 8 saylı Hüquq Məsləhətxanasında vəkil, Bakı şəhər 8 saylı Hüquq Məsləhətxanasının müdiri, Respublika Apellyasiya Məhkəməsinin hakimi çalışıb
O, 2007-ci ildən indiyədək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (əvvəlki adı 1 saylı Bakı Yerli İqtisad Məhkəməsi olub) hakimi idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]