Dünyanın ən böyük qızıl anbarı bu şəhərdədir

22-02-2026, 12:54           
Dünyanın ən böyük qızıl anbarı bu şəhərdədir
Dünyanın ən böyük qızıl anbarı bu şəhərdədir
İngiltərə Mərkəzi Bankının Londondakı yeraltı anbarlarında saxlanılan qızıllar, Nyu-Yorkdakı Federal Rezerv anbarları istisna olmaqla, dünyadakı ən böyük fiziki ehtiyatlardan biridir.

Burada 12 ayrı anbar mövcuddur və 5 000 tondan çox qızıl saxlanılır – bunun böyük hissəsi İngiltərəyə və ya bankın özünə aid deyil, 60-dan çox ölkənin mərkəzi banklarının rezervləridir.

Anbarın böyüklüyü o qədərdir ki, Londra metrosunun bəzi tunelləri bu yeraltı kompleksin ətrafından keçməyə məcbur olub. Hər bir standart qızıl külçəsi təxminən 12–13 kiloqram ağırlığında və barkod və ya seriya nömrəsi ilə qeyd olunur. Fiziki daşınma nadir hallarda həyata keçirilir; əksər hallarda yalnız sənədlərdə mülkiyyət dəyişir.

Ekspertlər hesab edir ki, siyasi və iqtisadi dəyişikliklərə baxmayaraq, London fiziki qızıl ticarətinin qlobal mərkəzi olaraq qalmaqdadır. (Haber7)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru