Trampın iqamətgahına daxil olmaq istəyən silahlı şəxs zərərsizləşdirildi

23-02-2026, 11:24           
Trampın iqamətgahına daxil olmaq istəyən silahlı şəxs zərərsizləşdirildi
ABŞ Prezidenti Donald Trampın təhlükəsizlik xidməti prezidentin Floridadakı şəxsi mülkü olan Mar-a-Laqo iqamətgahına daxil olmağa çalışan silahlı şəxsi zərərsizləşdirib.

Demokrat.az xəbər verir ki, "Fox News" bu barədə ABŞ Məxfi Xidmətinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, 20 yaşlarında kişi mülkə "icazəsiz daxil olub". Əvvəlcə o, şimal darvazasının yaxınlığında görülüb.

Məlumata görə, şübhəli şəxsin üzərində ov tüfəngi və yanacaq dolu qab olub. Məxfi Xidmət əməkdaşları ona atəş açıblar, kişi yerindəcə ölüb.

Qeyd olunur ki, D.Tramp həmin vaxt iqamətgahda olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru