İranda vəziyyət qarışdı: Nə baş verir?

23-02-2026, 08:43           
İranda vəziyyət qarışdı: Nə baş verir?
İran universitetlərində keçirilən nümayişlər hökumətyönlü tələbələrlə onların əleyhdarları arasında toqquşmalara çevrilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Jamaran” məlumat yayıb. Qeyd olunub ki, etiraz aksiyaları “Tehran University”, “Sharif University of Technology”, “Shahid Beheshti University”, “Iran University of Science and Technology” və digər ali təhsil müəssisələrində keçirilib.

Bildirilir ki, “Bəsic” tələbə milis üzvləri İran bayraqları ilə çıxış edərək yanvar hadisələrində həlak olanların xatirəsinə, mövcud hökumətə və Ali Rəhbərə dəstək şüarları səsləndiriblər. Eyni zamanda, bir qrup tələbə hökumət əleyhinə və monarxiya tərəfdarı şüarlar irəli sürüb.

“Mehr News Agency”nin məlumatına görə, Şərif Texnologiya Universitetində qarşıdurma zamanı etirazçıların hökumətyönlü tələbələrə daş və bıçaq atdığı iddia olunur. Hadisə nəticəsində iki tələbənin yaralandığı və xəstəxanaya yerləşdirildiyi bildirilir.

Sosial şəbəkələrdə isə Tehran və Məşhəddə də etiraz aksiyalarının keçirildiyi barədə məlumatlar yayılıb. Nümayişlərin yeni tədris semestrinin başlanması və son etirazlarda həlak olanların 40-cı anım günü ilə eyni vaxta təsadüf etdiyi qeyd olunur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru