SON DƏQİQƏ ‼️ ABŞ qoşun göndərəcəyini açıqladı
24-02-2026, 07:52

Şimali Amerikanın Aerokosmik Müdafiə üzrə Birləşmiş Komandanlığı (NORAD) ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı ilə birgə Alyaska və Qrenlandiya ərazilərində silsilə hərbi təlimlərə start verir.
32gun.az xarici KİV-ə istinadən xəbər verir ki, Təlimlər ARCTIC EDGE 2026 (AE26) adı altında keçiriləcək və müxtəlif bölgələrdə – Alyaskadan Qrenlandiyaya qədər olan əraziləri əhatə edəcək.
Məlumata görə, martın 13-dək davam edəcək manevrlərə Kanada və Danimarka hərbi kontingentləri, eləcə də Alyaska Milli Qvardiyasının şəxsi heyəti cəlb olunub. Bundan başqa, ABŞ-ın Sahil Mühafizəsi və Federal Təhqiqat Bürosu (FTB) daxil olmaqla bir sıra dövlət qurumları da təlimlərdə iştirak edəcək.
Arktikada keçirilən manevrlərin əsas məqsədləri operativ hazırlığın artırılması, hərbi imkanların nümayişi və Vaşinqtonun müttəfiqləri arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi kimi göstərilir. Təlimlər çərçivəsində qanadlı raket zərbələrinin dəf edilməsi və pilotsuz uçuş aparatlarından qaynaqlanan təhlükələrin zərərsizləşdirilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək.
Bununla yanaşı, sərt Arktika şəraitində fəaliyyət xüsusi diqqət mərkəzində olacaq. Hərbçilər ekstremal hava şəraitində sağqalma və qütb ərazilərində taktiki hərəkət bacarıqlarını təkmilləşdirəcəklər.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp Qrenlandiya sahillərinə hospital gəmisi göndəriləcəyini açıqlamışdı. Onun sözlərinə görə, ada sakinləri diqqətdən kənarda qalıb və ABŞ xəstə insanlara yardım göstərməyi planlaşdırır.

