"Milyon dollar"ın səkkiz dollara satıldığı, hamilə qadınların rinqdə döyüşdüyü şəhər - VİDEO

24-02-2026, 17:44           
"Milyon dollar"ın səkkiz dollara satıldığı, hamilə qadınların rinqdə döyüşdüyü şəhər - VİDEO
La-Pas Boliviyanın faktiki paytaxtı sayılan, dəniz səviyyəsindən 3 600 metr hündürlükdə yerləşən maraqlı bir şəhərdir.

Baku TV qeyd edir ki, burada insanlar uğur gətirdiyinə inandıqları amuletləri həvəslə alırlar. Hər il keçirilən Alasitas bazarında "arzuların simvolu" kimi xarakterizə olunan miniatür əşyalar satılır. Bunların arasında milyon dollar maketi də var. Yerli sakinlər inanırlar ki, bu amuleti evdə saxlamaq bolluq və qazancı cəlb edir. Qiyməti isə cəmi səkkiz dollardır.


La-Pasda qadınların sevimli idman növü rinqdə döyüşdür. "Çolitas" adlanan əlbəyaxa döyüşlə məşğul olan hətta hamilə qadınlar ənənəvi çoxqatlı ətəklərini çıxarmadan döyüşürlər. Bu idman növü şəhərdə böyük maraqla izlənilir.

Burada sosial sistem də diqqətçəkəndir. Hamilə qadınların müayinələrə getməsi və uşaqların sağlamlığına nəzarət üçün dövlət ailələrə pul ödəyir. Yəni bəzi hallarda xəstəxanaya pul ödəmək əvəzinə, klinikalar vətəndaşa maddi dəstək göstərir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru