Polşa tarixşünaslığında və xalq yaddaşında bu cəza tədbiri "uşaq oğurluğu" adlanır.
25-02-2026, 00:03

Bu antik qravür, Polşada 1830-1831-ci illərdə baş verən Noyabr üsyanını yatırdıqdan sonra Çar I Nikolayın polyaklara qarşı tətbiq etdiyi qəddar cəza tədbirlərinin epizodlarından birini təsvir edir. Çarın 22 mart 1831-ci il tarixli fərmanına əsasən, Polşa zadəganlarının və üsyançılarının kişi övladlarına Rusiya ordusunda xidmət etmək əmri verildi. 7 yaşdan 18 yaşa qədər minlərlə oğlan ailələrindən ayrılaraq Rusiyanın dərinliklərindəki xüsusi kantonist batalyonlarına göndərildi və orada hərbi təlim keçdilər.
Sonrakı illərdə kantonist sistemi daha geniş tətbiq olundu: üsyanın məğlubiyyətindən sonra xaricə qaçan mühacirlərin uşaqları, eləcə də kasıb Polşa ailələrindən olan uşaqlar daxil idi. Məqsəd təkcə ordunu gücləndirmək deyil, həm də ailə əlaqələrini kəsmək, ruslaşdırmanı təşviq etmək və üsyanı cəzalandırmaq idi.
Kantonist batalyonlarındakı şərait olduqca sərt idi: yüksək ölüm nisbəti, sərt intizam və məcburi ruslaşdırma. Bir çox uşaq yetkinlik yaşına çatmaq üçün sağ qalmadı. Bəziləri yolda və ya ilk illərdə xəstəlikdən, aclıqdan və sərt şəraitdən öldülər — Kantonist batalyonlarında ölüm nisbəti çox yüksək idi və 30-50%-ə çatırdı.
Müxtəlif hesablamalara görə, müxtəlif yaşlarda ən azı 5000 uşaq bu şəkildə qaçırılaraq Rusiyaya aparılıb. Polşa mənbələri bu rəqəmin ən azı 10000 olduğunu bildirir.
Tahir Azadov

