İran ABŞ-la mümkün qədər tez razılığa gəlməyə hazırdır -RƏSMİ
25-02-2026, 15:34
Rəsmi Tehran: İran ABŞ-la mümkün qədər tez razılığa gəlməyə hazırdır "Biz mümkün qədər tez razılığa gəlməyə hazırıq". Bunu İran xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi deyib.
O bildirib ki, bunun baş verməsi üçün lazım olan hər şeyi edəcəklər: "Hər kəs bilməlidir ki, müharibəyə başlamaq mümkündür, amma onu bitirmək asan deyil. Eyni zamanda, İrana qarşı təcavüzün nəticələrindən bütün bölgə əziyyət çəkəcək".(Tasnim)