150 illik mübahisə: Britaniya qəniməti qaytarmaq istəmir

25-02-2026, 15:57           
150 illik mübahisə: Britaniya qəniməti qaytarmaq istəmir
Britaniya hərbçiləri 1874-cü ildə Kral artilleriyası tərəfindən indiki Qana ərazisində yaşayan aşanti xalqından ələ keçirilmiş unikal qızıl qoç başını geri qaytarmaqdan imtina edirlər.
Bu barədə "The Guardian" nəşri xəbər verir.

Təxminən 19 santimetr enində, burma buynuzlu və ustalıqla qızıldan tökülmüş qoç başı hazırda "Larkhill" ərazisində yerləşən hərbi hissədə saxlanılır.

Qızıl qoç başı aşanti dövlətinin paytaxtı Kumasidə yerləşən kral sarayından Britaniya əsgərləri tərəfindən aparılmış xəzinələrin bir hissəsidir. Mənbələrə görə, əsgərlər monarxın sərvətlərini taladıqdan sonra sarayı partladıb və şəhəri yandırıblar.

1896-cı ildə aşantilər sarayı bərpa etdikdən sonra britaniyalılar onu yenidən talayıblar.

Anqlo-aşanti müharibələri zamanı ələ keçirilmiş qənimətlər bu gün müxtəlif şəxsi və ictimai kolleksiyalarda saxlanılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru