Dünyanı heyrətə salan "mələk"… - FOTOLAR

24-07-2015, 21:14           
Dünyanı heyrətə salan "mələk"… - FOTOLAR
Sun Yuan və Penq Yu cütlüyünün sonuncu əl işi dünyanı heyrətə salıb.

Heykəlləri hazırlayarkən insan toxumalarından da istifadə edən bu cütlük hiperrealizm cərəyanına aid əsərlər yaradırlar. Onların sonuncu "Göydən düşmüş mələk" adlı əsərləri də görənləri heyrətə gətirib.

Heykəli canlı görənlərlə yanaşı, onu sosial media üzərindən görərək, təəccübləndiklərini etiraf edənlər və canlıya bənzətdiklərini bildirənlər də az deyil.

“Mələk” adlı heykəlin hazırlanmasında silikat, lif, paslanmayan polad və tel hörgüdən istifadə olunub.

Yaşlı bir qadını mələk olaraq, təsvir etdikləri heykəldə diqqəti çəkən məqamlardan biri də qanadlarının tüksüz, üz ifadəsinin isə yuxunu və ya ölümü xatırlatmasıdır.

Cütlüyün öz saytlarına yerləşdirdikləri bu əsərin təqdimat başlığı isə bütün suallara cavab verir: "Fövqəltəbii və dünyəvi olanın arasındakı gərginliyi və keçidi vurğulamaq..."




Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]