İŞİD dünyanı belə lərzəyə salmaq istəyir

24-07-2015, 21:17           

ŞİD 120 canlı bombanı müxtəlif ölkələrə göndərib.
Bu iddia ilə Türkiyənin TGRT Haber saytı çıxış edib. Əldə olunan məlumata görə, İraqın Kərkük və Tikrit, Suriyanın Kobani, Haseke və Hələb şəhərlərində ağır məğlubiyyətə uğrayan təşkilat motivasiyanı qaldırmaq üçün qanlı plan cızıb.
Sayt bildirir ki, təşkilat 700 canlı bomba təyin edərək onları ABŞ, Kanada, Avropa Birliyi ölkələri, Rusiya və Türkiyə kimi ölkələrə göndərməyə hazırlaşır. Artıq 120 nəfər göndərilib. Yerdə qalanların isə bu ilin sonunadək göndəriləcəyi planlaşırılır. Bu çərçivədə təyin olunan hədəf ölkələrdə “yatan hüceyrələr” adlandırılan İŞİD üzvlərinin hərəkətə keçəcəyi də gözləntilər sırasındadır. İraq hərbi qaynaqları mərkəzi Mosulda yerləşən koordinasiya qrupunun başında 3-ü çeçen olmaqla 9 nəfərin canlı bomba və “yatan hüceyrələr”lə ünsiyyət kanalları qurduğunu təsdiq edib. Qaynaqlar terrorçuların maddi ehtiyacları üçün Bağdad, Amman və Küveyt üzərindən fərqli valyuta büroları vasitəsilə pul transferlərini reallaşdırdığını, lakin bunu izləməyin qeyri-mümkün olduğunu bildirir.
axar az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: [email protected]