Tramp: Respublikaçılar uduzsa, demokratlar mənə impiçment elan edəcəklər

7-01-2026, 09:37           
Tramp: Respublikaçılar uduzsa, demokratlar mənə impiçment elan edəcəklər
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər respublikaçılar Konqresə keçiriləcək aralıq seçkilərində qalib gəlməsələr, demokratlar ona impiçment elan edə bilərlər.

Moderator.az xəbər verir ki, Tramp bu açıqlamanı ABŞ Nümayəndələr Palatasında çıxışı zamanı verib.

“Aralıq seçkilərində qalib gəlməlisiniz, çünki əgər qalib gəlməsək, onlar mənə impiçment elan etmək üçün bəhanə tapacaqlar. Mənə impiçment elan ediləcək”, – deyə Tramp bildirib.

ABŞ prezidenti əlavə edib ki, respublikaçıların Konqres seçkilərində qələbə qazanacağına əmindir.

Qeyd edək ki, ABŞ-da aralıq seçkilərinin 2026-cı ilin noyabrında keçirilməsi nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru