Tramp: Müdaxilə etməsəydim, Rusiya Ukraynanı tam nəzarətə götürərdi
8-01-2026, 10:14
ABŞ prezidenti Donald Tramp yeni öyüncək açıqlama ilə çıxış edib. O, şəxsi müdaxiləsi olmasaydı, Rusiyanın artıq bütün Ukraynaya nəzarət edəcəyini bildirib.
Tribuna.az xəbər verir ki, Tramp bu fikirləri özünün Truth Social sosial şəbəkə hesabında paylaşıb. ABŞ prezidenti qeyd edib ki, onun müdaxiləsi olmasaydı, Rusiya Ukraynanı tamamilə nəzarətə götürərdi.
“Əgər mənim müdaxiləm olmasaydı, Rusiya indi artıq bütün Ukraynaya nəzarət edirdi. Unutmayın ki, mən təkbaşına səkkiz müharibəyə son qoymuşam. NATO üzvü olan Norveç isə axmaqcasına mənə Nobel Sülh Mükafatını verməkdən imtina etdi. Amma bu vacib deyil. Əsas odur ki, mən milyonlarla insanın həyatını xilas etdim”, – deyə Tramp bildirib.