Bazar dəyərinə görə dünyanın ən böyük bankları - SİYAHI

21-02-2026, 16:04           
Bazar dəyərinə görə dünyanın ən böyük bankları - SİYAHI
2026-cı il 20 fevral tarixinə olan beynəlxalq maliyyə statistikasına əsasən, bazar dəyərinə (market capitalization) görə dünyanın ən böyük banklarının siyahısında ABŞ və Çin maliyyə institutları üstünlük təşkil edir.

Valyuta.az xəbər verir ki, bazar kapitalizasiyası bankın bütün açıq səhmlərinin cari bazar qiyməti əsasında hesablanır və investorların şirkətə verdiyi ümumi dəyəri göstərir.

Bu göstərici fond bazarındakı dəyişikliklərə uyğun olaraq gündəlik yenilənir.

Bazar dəyərinə görə TOP 10 bank aşağıdakı kimidir:

JPMorgan Chase (ABŞ) - 838,6 milyard ABŞ dolları

Bank of America (ABŞ) - 385,4 milyard ABŞ dolları

Industrial and Commercial Bank of China (Çin) - 368,9 milyard ABŞ dolları

Agricultural Bank of China (Çin) - 329,8 milyard ABŞ dolları

China Construction Bank (Çin) - 329,5 milyard ABŞ dolları

HSBC Holdings (Böyük Britaniya) - 298,1 milyard ABŞ dolları

Goldman Sachs (ABŞ) - 277,5 milyard ABŞ dolları

Morgan Stanley (ABŞ) - 277,1 milyard ABŞ dolları

Wells Fargo (ABŞ) - 274,9 milyard ABŞ dolları

Bank of China (Çin) - 247,7 milyard ABŞ dolları

Paylaş












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru