Suraxanı rayonunda yenidən qanunsuz tikinti: Hansı məmur icazə verib? VİDEO

25-02-2026, 00:09           
Suraxanı rayonunda yenidən qanunsuz tikinti:
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bir neçə gün əvvəl Suraxanı rayon icra başçısı Adil Əliyevə rayon ərazisində yaranmış problemlərin həll edilməməsi, qanunsuz tikililərə nəzarətsizlik və digər səbəblərlə bağlı töhmət vermişdi.

Lakin görünür ki, bu tədbirlər heç də problemi kökündən həll etməyib.

XALQ-a göndərilən fotolar Suraxanı rayonunda qanunsuz tikinti işlərinin davam etdiyini və ərazilərin idarəsiz qaldığını açıq şəkildə göstərir. Qanunsuz tikinti işləri meşə zolaqlarında həyata keçirilir, ağaclar məhv edilir və ərazilər qanunsuz şəkildə hasarlanır. Maraqlıdır ki, bütün töhmətlərə və xəbərdarlıqlara baxmayaraq Suraxanı rayon rəhbərliyi bu məsələləri kökündən həll edə bilmir və qanunsuz tikintilərin qarşısını ala bilmir.

Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan tikinti işlərinə Abşeron rayonunda hansı məmur icazə verdiyi müəmmalıdır.

Məsələ ilə bağlı qurumlara sorğu göndərilib. Aidiyyatı qurumlarında fikirlərini dərc etməyə hazırıq.

Həmin görüntüləri təqdim edirik:


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru