16 saylı körpələr evi-uşaq bağçasında ərzaqlar mənimsənilir? - İDDİA

26-02-2026, 00:02           
16 saylı körpələr evi-uşaq bağçasında ərzaqlar mənimsənilir? - İDDİA
Abşeron rayonu, Qobu qəsəbəsi 16 saylı körpələr evi-uşaq bağçasına gələn ərzaqların mənimsənildiyi iddia olunub.

Oxu.Az-a daxil olan görüntülərdə ərzaqların şəxsi avtomobilin baqaj hissəsinə yerləşdirildiyi öz əksini tapıb.

Vətəndaş iddia edir ki, bağçaya 15 gündən bir ərzaq gətirilir və artıq qalan ərzaqlar şəxsi avtomobilə yüklənir:

"Qayda belədir ki, bağçaya məhsulu hansı maşın gətirirsə, artıq qalan ərzaqlar da həmin avtomobillə daşınmalıdır".

Ərzaqların yükləndiyi avtomobilin bağçanın direktoruna məxsus olduğu da qeyd edilir.

Xatırladaq ki, bir müddət əvvəl sözügedən bağçanın musiqi müəlliməsi Elnarə Tahir qızı Əsgərovanın qeyri-etik görüntüləri yayılmışdı və o, yayılan görüntülərə görə işindən azad edilmişdi.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru