İcra hakimiyyətlərinin milyonluq tenderlərini udan şirkət sənədləri saxtalaşdırırmış - TƏFƏRRÜAT

26-02-2026, 16:24           
İcra hakimiyyətlərinin milyonluq tenderlərini udan şirkət sənədləri saxtalaşdırırmış - TƏFƏRRÜAT
Azərbaycanda daha bir şirkət – “Dream Construction Company” MMC (VÖEN – 1402827641) etibarsız təchizatçıların reyestrinə daxil edilib.
Yeniavaz.com xəbər verir ki, “Dream Construction Company” MMC sənədləri saxtalaşdırdığı üçün bir il müddətində – 24.02.2026-cı ildən 24.02.2027-ci il tarixinədək satınalmalarda iştirak edə bilməyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 5 515 manat olan MMC 2014-cü ildə qeydiyyata alınıb. Hüquqi ünvanı Heydər Əliyev prospekti, ev 152-də yerləşən MMC-nin qanuni təmsilçisi Cavadov Cavad Elman oğludur.
Onu da bildirək ki, “Dream Construction Company” MMC əsasən yerli icra hakimiyyətlərinin keçirdiyi tender müsabiqələrində qalib olub. Təkcə ötən il 2 milyon 961 min 891 manat dəyərində 13 tender müsabiqəsinin qalibi olub. 2024-cü ildə isə 8 milyon 732 min 135,6 manat dəyərində tender müsabiqələrində qalib gəlib.
Şirkət daha çox Sumqayıt və Ağdam rayon icra hakimiyyətlərinin keçirdiyi tenderlərdə qalib olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru