Sakinlər yaşadıqları mənzillərin çıxarışlarını ala bilmirlər: MTK-dan şikayət (VİDEO)

26-02-2026, 12:36           
Sakinlər yaşadıqları mənzillərin çıxarışlarını ala bilmirlər: MTK-dan şikayət (VİDEO)
Paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Cənub Qapısı” yaşayış kompleksinin sakinləri Baku TV-yə şikayət edərək bildiriblər ki, artıq səkkiz ilə yaxındır burada yaşayırlar, lakin mənzillərinə çıxarış ala bilmirlər. Vətəndaşların sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, problem hələ də həllini tapmayıb.
Mənzil növbəsində illərdir gözləyən sakinlər qarşılaşdıqları vəziyyəti belə izah ediblər:
“Alış zamanı bizə dedilər ki, bu gün-sabah “kupça” verilir. İcra hakimiyyəti ilə əlaqə saxladıq. İcra hakimiyyəti dedi ki, bu bina ilə bağlı bizə heç bir sənəd təqdim olunmayıb. Amma bunlar deyir ki, biz sizi icra hakimiyyətinə təqdim etmişik. İndi də deyirlər ki, biz icraya yox, əmlaka təqdim eləmişik”.
“Qaradağ Rahat Evlər” MTK-nın sədr müavini Ruslan Qasımov məsələ ilə bağlı bunları deyib:
“Dövlət qurumlarına bütün müraciətlərimizi etmişik. Nə sənəd lazımdır, hansı quruma lazımdırsa, hamısını vermişik. Bu dəqiqə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə bütün sənədlər təqdim olunub. Onların bizə verdikləri sözə görə, yaxın iki ay ərzində sənədləri bizə təqdim edəcəklər”.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, oranın adı “Rahat Evlər” deyil, “Şah İnşaat” MTK-dır və istismara icazə ilə əlaqədar komitəyə rəsmi müraciət daxil olmayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru