"Azərbaycan türkcəsi riyaziyyat kimi dəqiq bir dildir,..."

26-02-2026, 11:14           
"Azərbaycan türkcəsi riyaziyyat kimi dəqiq bir dildir,..."
"Azərbaycan türkcəsi riyaziyyat kimi dəqiq bir dildir, bu fikri alman dilçiləri söyləyirlər, sanki bir qrup riyaziyyatçı oturub riyazi qaydalara uyğun düzgün bir dil icad edək deyə türk dilini yaratmışlar".
Alman alim F. Müller (Dilçilik elminin əsasları, Vyana , 1882) ; O.Şirvanoğlu.
"Türk dilinin 5500 il bundan öncə mövcud olması, müstəqil və ikiqollu bir dil olaraq var olması müəyyən edilmişdir. Bu gün yaşayan dillər arasında ən əski yazılı bilgilərə sahib olan dil türk dilidir. Bu dildəki kəlmələr Şumer tabletlərindən alınan kəlmələrdir".
O.N.Tuna.
"Türk dilini öyrənən tədqiqatçılar Sfinksin qarşısında dayanıb onu heyrətlə izləyən tamaşaçılara bənzəyirlər".
Nikolay Marr, sovet şərqşünası, qafqazşünas alim.
"Səfəvilər sülaləsinin ana dili olan türk (Azərbaycan) dili saraydan tutmuş yüksək rütbəli və mötəbər şəxslərin evlərinə kimi yayılmışdı. Nəticədə elə olmuşdur ki, şahın hörmətini qazanmaq istəyən hər kəs bu dildə danışır. İş o yerə çatmışdır ki, başı bədəni üçün dəyərli olan hər kəs üçün türk dilini bilməmək suç sayılır. Həm də türk dili bütün şərq dillərindən asandır. Türkcənin danışıq tərzindəki vüqar və səslənmə əzəməti onun sarayda və səltənət qəsrində yeganə danışıq dili olmasına gətirib çıxarmışdır".
Səfəvi sarayında olmuş alman alimi Engelbert Kempferin xatirələrindən.
"Rus İmperiyası Qafqaza gələnə qədər çeçenlər, inquşlar, osetinlər, dağıstanlılar arasında, o cümlədən bütün Qafqaz regionunda Azərbaycan türkcəsi ortaq ünsiyyət dili olmuşdur".
Nataliya Barmina, Rusiyalı tarixçi, dosent, politoloq.
"Azərbaycan dilini bilməklə bütün Yaxın Şərqi rahat gəzmək olar".
Bestujev Marlinski, Rusiyalı şair, yazıçı, publisist (1797-1837).
"Şərqi Anadolu (indiki Şərqi Türkiyə) Osmanlı Dövləti tərəfindən fəth edilməmişdən əvvəl bu ərazilərin dili Azərbaycan türkcəsi idi və indiyə qədər də həmin ərazilərdə Azərbaycan şivəsi işlənir.".
Mehmet Fuat Köprülü, Türk ədəbiyyat tarixçisi, filoloq, siyasətçi.
"Azərbaycan türkcəsi Osmanlı türkcəsi ilə Türküstan türkcəsi arasında bir körpüdür.Azərbaycan türkcəsində bir çox qədim türk sözləri hələ də yaşayır, halbuki Osmanlıca onları ərəb-fars sözləri ilə əvəz edib.Azərbaycan türklərinin dili digər türk dilləri ilə müqayisədə daha yumşaq və ahəngdardır. Bu dil musiqili və axıcıdır.Azərbaycan türkcəsi sadəcə bu xalqın öz daxilində danışdığı dil deyil, həm də Qafqazda və İranın şimalında müxtəlif xalqlar arasında ortaq ünsiyyət vasitəsidir. Bu dilin qrammatik onurğası tamamilə türk mənşəlidir və heç bir fars təsirinə boyun əyməyib. Azərbaycan dili sadəcə danışıq dili deyil. Bu dil zəngin bir ədəbi ənənəyə sahibdir və fars dili ilə rəqabət apara bilir.Bu dil sadəcə etnik azərbaycanlıların dili deyil, Qafqazda ticarət etmək və ya səyahət etmək istəyən hər kəs (ermənilər, gürcülər, ləzgilər və s.) mütləq Azərbaycan türkcəsini bilməlidir.Azərbaycan türkcəsi Kuman/Qıpçaq qrupu dillərindən fərqlidir və daha çox Oğuz qrupuna aiddir. Bu dil ərazisi Kərkükdən başlayaraq Xəzər dənizinə qədər bir tamlıq təşkil edir. Azərbaycan dilindəki zaman formalarını (keçmiş, indiki, gələcək) təhlil edərkən heyrətlənirik, bu dilin zaman sistemi- Avropa dillərindən daha detallı və dəqiqdir. Azərbaycanlılar çox zəngin şifahi xalq ədəbiyyatına malikdirlər və bu ədəbiyyat dilin qrammatik strukturunun nə qədər çevik və poetik olduğunu sübut edir".
1882-ci ildə Vyanada nəşr edilən, müəllifi Vyanada İmperator Elmlər Akademiyasının həqiqi üzvü və professor Fridrix Müllerin yazdığı “Dilçilik Elminin Əsasları” seriyasından.
“Şumer adında xalq və dil olmayıb, bunların hamısı məqsədli şəkildə uydurmadır. Onlar, yəni mixi yazılarının yaradıcısı Türklərdir. Avropalı və digər alimlər bütün dünyanı çaş-baş salırlar, amma çox gözəl bilirlər ki, mixi yazilarının dili təmiz Azərbaycan və Türkiyə türk dilinin vahid, yəni hələ ləhcələrə ayrılmamış versiyasıdır. Di gəl ki, ayaqlarından da assan, heç biri onu türkə verməz. Necə ki, Avropa ədəbiyyatı Persiyada min ildən çox türk şahlığını qəbul edə bilmir. Əslində onların hamısının bir dərdi var : Nə olur – olsun, bütün gerçək tarixi hadisələr türkün yox “Hind-İran-Avropa”nın olsun”.
Tariyel Azərtürk, Amerikada yaşayan azərbaycanlı alim, fəlsəfə doktoru, türkoloq, tədqiqatçı.
Şəkil: Azərbaycanlılar, Borçalı, Qızılhacılı, 1900-cü illər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru