XIII–XIV əsrlər Azərbaycan leksikoqrafiya elminin qızıl dövrü olaraq səviyyələndirilir.
27-02-2026, 12:14
Bu dövrə Hinduşah Naxçıvaninin "Sihah əl-Əcəm" ("Əcəmin etibarlısı", "mötəbəri") əsəri, Məhəmməd Naxçıvaninin "Sihahül-fürs" leksikoqrafik əsəri, Həsən Xoyinin "Töhfeyi-Hüsam" farsca-türkcə lüğəti aiddir. Osmanlı alimi Katib Çələbiyə görə, Elxani dövrü dilçisi Hinduşah Naxçıvani türk (azərbaycanca[58])-fars lüğəti olan "Sihah əl-Əcəm"i ("Əcəmin etibarlısı", "mötəbəri") yazmışdır. 1982-ci ildə İranda Qulamhüseyn Biqdili "Sihah əl-Əcəm" adı ilə bu fars-Azərbaycan türkcəsi lüğətini nəşr etdirmiş və lüğətin müəllifi kimi Hinduşah göstərilmişdir. Bundan sonra Hinduşahın müəllifliyi müzakirə mövzusu olmuşdur. Sultan II Bəyazidin saray kitabxanaçısı Atufi həm Mir Hidayətin Azərbaycan dilində yazılan divanını, həm Seyf-i Sarayinin qıpçaq dilində yazılan divanını "əl-muğuliyyə"yə (monqolcaya) aid etmişdir. Atufiyə görə, bu "əl-muğuliyyə" onun köhnə Monqol imperiyasının çöl ənənələri ilə əlaqələndirdiyi ədəbi dil idi. Vikipediyadan. Hinduşah Naxçıvaninin bədii portreti. Rəssam: Əjdər Qafarov. Azərbaycan Tarix Muzeyində saxlanılır. Vüsale Memmedli TEREF